İyulun 24-də, saat 10:00-da "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Ağstafa rayonunda vətəndaşları qəbul edəcək.
SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul Ağstafada yerləşən Heydər Əliyev mərkəzində baş tutacaq.
İ. Mirzəliyev Ağstafa, Qazax və Tovuz sakinləri ilə görüşəcək.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.