Bu gün Abşeronun bəzi əraziləri qazsız qalacaq

30 İyun 2026 00:20 (UTC+04:00)

İyunun 30-da Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Qeyd olunub ki, bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonunun Masazır kəndinin, eləcə də Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın qaz təchizatı müvəqqəti dayandırılacaq.

Mətləb