Qvardiolanın yerinə o seçildi - TƏYİNAT

29 İyun 2026 22:30 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" komandasının yeni baş məşqçisi açıqlanıb. SİA xəbər verir ki, bu vəzifəyə Enzo Mareska təyin olunub. İtaliyalı mütəxəssis "şəhərlilər"in sükanı arxasında Xosep Qvardiolanı əvəzləyib. Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Enzo Mareska 2020-2021-ci illər mövsümündə də "Mançester Siti"də çalışıb.

Mətləb