Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb. "TRT Haber"in məlumatına görə, söhbət zamanı Türkiyə-Türkmənistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan Türkiyə ilə Türkmənistan arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün zəruri addımların atılacağını bildirib.
Türkiyə lideri Q. Berdiməhəmmədovu Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına və COP31 İqlim Sammitinə dəvət edib, həmçinin ad günü münasibətilə təbriklərini çatdırıb.
Mətləb