Yaşayış binasında baş verən partlayış zamanı 3 nəfər ölüb, yaralılar var

29 İyun 2026 17:48 (UTC+04:00)

Çinin Liaonin əyalətinin Huludao şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisəyə qaz sızması səbəb olub.

Partlayışdan sonra yaranan yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən cəlb edilib. Hadisə yerində 3 nəfərin meyiti tapılıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.