Milli Dəyərlərin Qorunması Təşkilatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri yaradılmasının 108-ci ildönümü münasibətilə təşkil olunmuş “Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adli tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə ilk olaraq Dövlət himni səsləndirilib və vətən uğrunda canından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir MDQ Təşkilatının sədri Dilarə Nağıyevanın çıxışla davam edib.
Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən və milli maraqlardan geniş bəhs edildi .
Tədbirdə Şəhid Analari qazilər, Dövlət rəsmləri, mədəniyyət işciləri, media mensublari və ictimayət numayəndələri iştirak edirdi.
Təşkilatın musiqi departamentinin rəhbəri və tədbirin təşkilatçısı Elnarə Rzaquliyevanin ifasında “Bütöv Azərbaycan” əsərinin təqdimatı olundu.
Bu qələbə xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və ordumuzun sarsılmaz ruhunun təntənəsidir. Sonda Elnarə Rzaquliyevaya təşkilatın fəxri fərmanı Ağamusa Nağiyev Zirvəsi Dipllomu ilə təltif olunub.