Milli Olimpiya Komitəsi İstanbulda şef de-mission seminarında təmsil olunur

29 İyun 2026 14:11 (UTC+04:00)

İyunun 29-dan iyulun 2-dək Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitələri (AOK) və “İstanbul-2027” Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən yarışın şef de-mission seminarı keçirilir.

Milli Olimpiya Komitəsindən (MOK) SİA-ya verilən məlumata görə, seminarda ölkəmizi MOK-un Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.

Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələri üçün Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri ilə bağlı təqdimatlar keçiriləcək. Bununla yanaşı, iştirakçılar yarış obyektləri və idmançı kəndləri ilə tanış olacaqlar.