Mərkəzi Gömrük Hospitalının üz-çənə cərrahı Ülviyyə Məmmədova AZTV-nin “Telesəhər” proqramında yayımlanan “Telehəkim” rubrikasına “Yuxuda diş qıcamanın üz-çənə sağlamlığına zərəri varmı?” mövzusunda ətraflı məlumat verib.
Ülviyyə həkim yuxuda diş qıcamanın yaranma səbəbləri, əlamətləri, üz-çənə oynağına və dişlərə təsiri, eləcə də bu problemin müasir diaqnostika və müalicə üsulları barədə izləyiciləri məlumatlandırıb, sağlamlığın qorunması üçün vacib tövsiyələrini bölüşüb. Dr.Ülviyyə Məmmədovanın maarifləndirici çıxışını Sizə təqdim edirik