Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2,9 milyon manat güzəştli kredit verib.
SİA-nın yerli bürosunun məlumatına görə, bunun 56,7 %-i kənd təsərrüfatına, 28,4 %-i xidmətə, 14,9 %-i isə sənayeyə yönəldilib.
Verilmiş kreditlər hesabına 142 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ayrılmış vəsait 84 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 29,2 % artıb.
Güzəştli kreditlərin 68,1 %-i, layihələrin isə 91,7 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.