Sumqayıtda avtomobil restorana çırpılıb

29 İyun 2026 01:20 (UTC+04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Çanqan 207” markalı minik avtomobili naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq yol kənarında fəaliyyət göstərən restoranın binasına çırpılıb.

Qəza nəticəsində obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib.

Mətləb.