Ermənistanda keçmiş nazirin meyiti tapıldı

29 İyun 2026 01:04 (UTC+04:00)

Ermənistanda keçmiş nazirin meyiti tapılıb. Hadisə Ararat bölgəsində olub. İrəvan-Arazdəyən avtomobil yolunun 45-ci kilometrliyində, Vedi inzibati ərazisində "Çanqan" markalı avtomobildə aşkarlanan meyitin "Avanqard" tibb mərkəzinin təsisçisi, keçmiş deputat, sabiq səhiyyə naziri Qagik Stambultsyana aid olduğu bildirilir. İlkin məlumata görə, o, avtomobili idarə edərkən qəfildən ölüb.

Mətləb