Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında Avropadakı dəhşətli istilər barədə paylaşım edib. O vurğulayıb ki, hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb.
Onun sözlərinə görə, Avropada istiləşmə digər qitələrdə olduğundan iki dəfə sürətlə baş verir: "İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi".
Mətləb