Lerikdə avtomobil dərəyə aşıb, bir ailənin üç üzvü və daha bir nəfər xəsarət alıb

28 İyun 2026 18:09 (UTC+04:00)

Lerikdə bir ailənin üç üzvü, habelə daha bir nəfər yol qəzasında xəsarət alıb.

SİA-nın məlumatına görə, hadisə Lənkəran-Lerik yolunda baş verib.

Belə ki, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, həyat yoldaşı - 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladı N.Qurbanlı, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar.

Yaralılar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq, xəstəxanaya çatıdırlıblar.

Faktla bağlı araşdırma aparılır.