Səudiyyə Ərəbistanının “Aramc” şirkətinə məxsus helikopter Ras Tanura bölgəsində qəzaya uğrayıb və göyərtədəki 14 nəfərin hamısı həlak olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “US News” xəbər agentliyi məlumat yayıb. Qəzanın səbəbinin məlum olmadığı və araşdırma aparıldığı bildirilir.
Bundan əvvəl isə Fransanın şimal-şərqində paraşütçüləri daşıyan təyyarə qəzaya uğramışdı. Qəzada 11 nəfər həlak olmuşdu.