...Serbiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırış 2027-ci ilin mart ayında bərpa olunacaq.
SİA xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Prezident Aleksandr Vuçiç bildirib.
Dövlət başçısının sözlərinə görə, Serbiya ordusu getdikcə güclənir. O, çağırış başladıqdan sonra ölkənin daha da güclənəcəyini vurğulayıb.
...Mart ayından etibarən qısamüddətli hərbi xidmətimiz olacaq, - deyə o bildirib.
Serbiya ordusunda hərbi xidmətə çağırış müddətinin 75 gün olacağı dəqiqləşdirilib. Vuçiç daha əvvəl Belqrad tərəfindən tanınmayan üç qonşu ölkə - Xorvatiya, Albaniya və Kosovo arasında mümkün hərbi ittifaqla bağlı narahatlığını bildirib. O, həmçinin ittifaqı "Serbiya üçün əsas təhlükə" adlandırıb.
Əli Babayev