Tramp Gömrük Xidmətinin rəhbəri postuna öz namizədini açıqladı

28 İyun 2026 05:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp şənbə günü Lens Şroyerin ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (İGNX) yeni rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

SİA-nın məlumatına görə, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb. O qeyd edib ki, Şroyer 29 il ərzində Oklahoma ştatında hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, bundan əvvə l isə dəniz piyadalarında xidmət edib.

Mətləb