İsmayıl Haniyənin qardaşı oğlu da öldürüldü - İsraildən AÇIQLAMA

28 İyun 2026 04:03 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağında HƏMAS Siyasi Bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin qardaşı oğlu Valid Haniyəni öldürüb. SİA xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Valid Haniyə HƏMAS-ın hərbi qanadının "Nuxba" bölüyündə komandir müavini olub və 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə həyata keçirilən hücumda iştirak edib.

Bildirilib ki, o, son dövrlərdə HƏMAS sıralarına yeni üzvlərin cəlb edilməsi və tabeliyində olan bölüyün hərbi hazırlığı ilə məşğul olub.

Mətləb