"Döyüşləri dayandırmayacayıq" - "Hizbullah"dan İsrailə MESAJ

28 İyun 2026 01:04 (UTC+04:00)

"Hizbullah" qruplaşması İsrailə qarşı hədələyəci bəyanat yayımlayıb. Qruplaşma, Livanla çərçivə sazişinin bağlanmasına baxmayaraq, İsrailə qarşı döyüş əməliyyatlarını dayandırmaq niyyətində deyil. Bu barədə radikalların lideri Naim Qasımın müvafiq bəyanatı hərəkatın "Telegram" kanalında yayımlanıb.
"Biz işğalı dəf etmək üçün döyüş meydanında müqaviməti davam etdirəcəyik. Ən çətin şəraitdə döyüş meydanını tərk etməmişik və etməyəcəyik", - o bildirib.

Mətləb