İstanbulda mikroavtobus aşıb, yaralılar var

28 İyun 2026 00:02 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Silivri rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb. "TRT Haber"in məlumatına görə, əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mətləb