Yoxlama oyunları: “Qarabağ” qələbə qazanıb, “Zirə” məğlub olub

27 İyun 2026 21:38 (UTC+04:00)

Yeni mövsümə hazırlıqlarını ölkə xaricində davam etdirən Azərbaycan təmsilçiləri növbəti yoxlama oyunlarına çıxıblar.

SİA xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu ölkədə ilk sınaq matçında yerli “Tirol”la qarşılaşıb.

Görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Köhlən atlar”ın heyətində Zakariya Savo het-trikə imza atıb, digər qolu isə Kamilo Duran vurub.

Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən “Zirə” isə Özbəkistanın “Navbahor” komandası ilə üz-üzə gəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibinə 1:3 hesabı ilə məğlub olub. Bakı təmsilçisinin yeganə qolunu Yeqor Boqomolski vurub.

Qeyd edək ki, hər iki komanda bundan əvvəl Bakıda bir-birinə qarşı yoxlama oyunu keçirib. Həmin görüşdə “Qarabağ” “Zirə”ni 4:3 hesabı ilə məğlub etmişdi.