Türkiyə əsilli keçmiş futbolçu Mesut Özil Türkiyə futbolunda mühüm vəzifə tuta bilər. "Daily Sport" nəşrinin məlumatına görə, 37 yaşlı sabiq futbolçu Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyi üçün əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, karyerasını bitirdikdən sonra Türkiyədə məskunlaşan və yerli futbol ictimaiyyəti, eləcə də siyasi elita ilə sıx əlaqələr saxlayan Mesut Özil bu vəzifə üçün kifayət qədər ciddi dəstək qazanıb. Bu amillər onu federasiya rəhbərliyi uğrunda gedən gizli mübarizədə güclü namizədə çevirir.
Mətləb