Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb

27 İyun 2026 17:01 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur.

Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır.