Azərbaycan əhəng istehsalını 66 % artırıb

27 İyun 2026 15:42 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 14,6 min ton əhəng istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66 % çoxdur.

Bu il iyunun 1-nə, ölkədə 6,5 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.