Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 31 dəfədən çox artırıb

27 İyun 2026 12:34 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 40,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 dəfə çoxdur.

Bu il iyunun 1-nə ölkədə 5,1 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.