Fransa Norveçi məğlub etdi - YENİLƏNİB

26 İyun 2026 23:09 (UTC+04:00)

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyunu başlayıb. I qrupunun III turunun matçı Boston stadionunda keçirilir. Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

***

Matçıda fransızlar hesabda irəli çıxıblar - 1:0.

7-ci dəqiqədə Usman Dembele toru silkələyib.

***

Futbol üzrə dünya çempionatının Norveç - Fransa oyununda ilk hissə bitib. Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar hesabda öndədirlər - 3:1.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

***

Futbol üzrə dünya çempionatında Fransa Norveçi məğlub edib. Boston stadionunda baş tutan I qrupunun III turunun matçında fransızlar 4:1 hesablı qələbəyə seviniblər.

Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.

Mətləb