“Zirə” -“Torpedo” görüşünün hakiləri açıqlandı

27 İyun 2026 00:22 (UTC+04:00)

Azərbaycan təmsilçisi “Zirə”nin UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Torpedo”su ilə keçirəcəyi ilk qarşılaşmanın hakimləri açıqlanıb. SİA UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 8-də Sumqayıtda oynanılacaq “Zirə” – “Torpedo” görüşünü finlandiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Yani Hüytiya yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq. Oyun 20:00-da başlayacaq.

Mətləb