Bu ölkədə 600 milyon dollarlıq narkotika yandırıldı

27 İyun 2026 04:06 (UTC+04:00)

Beynəlxalq səviyyədə narkotik vasitələrə qarşı sərt mübarizə aparılır. Myanma hakimiyyətinin göstərişi ilə ölkənin iri şəhərlərində hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilmiş ümumilikdə 50 tondan çox narkotik vasitə məhv edilib. AP agentliyinin xəbərində deyilir ki, yandırılan heroin, tiryək, ketamin, metamfetamin və marixuananın ümumi dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir.

Yanqon polisinin məlumatına görə, məhv edilən narkotik vasitələrin ümumi dəyəri ötən illə müqayisədə iki dəfə çoxdur. Təkcə ölkənin ən böyük şəhəri Yanqonda 321 milyon dollar dəyərində narkotik vasitə yandırılıb.

Mətləb