Ağdamda 2 "Jiquli" toqquşub

26 İyun 2026 23:27 (UTC+04:00)

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb