...Ukraynalı siyasi ekspert Valeri Çalı Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini (2014-2015), Ukraynanın ABŞ (2015-2019), Trinidad və Tobaqodakı (2016-2019) fövqəladə və səlahiyyətli səfiri olub.
SİA onun “Facebook”da yer alan yazısını Sizin də diqqətinizə çatdırır.
...Rusiya lideri hərbi akademiya məzunlarının toplantısında çıxış edərək, “özünü gizirin dul arvadı kimi qamçılayıb "İkinci Dünya Müharibəsi zamanı problemləri həll etdiklərini - tarixi torpaqlarımızı azad etdiklərini" bəyan edib...
Beləliklə, onlar yenə "tarixi torpaqlar"dan danışıblar. Dövlətlər haqqında deyil, beynəlxalq hüquq haqqında deyil, təcavüz aktını və suveren Ukraynanın ərazisini ilhaq etmək cəhdini haqlı çıxarmaq üçün istifadə edilən yalançı hüquqi cəfəngiyatdan danışıblar.
...Niyə bu, hüquqi baxımdan tamamilə cəfəngiyatdır?
Müasir beynəlxalq hüquq "tarixi torpaqlar" anlayışını tanımır. Sərhədlər və suverenlik BMT Nizamnaməsinin normalarına, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanır və "tarixi ədalətin bərpası" şüarı altında zorla yenidən baxılması cəhdləri təcavüz, beynəlxalq hüququn pozulması hesab olunur.
Buna görə də, Rusiyanın "tarixi torpaqların qaytarılması" ilə bağlı ritorikası hüquqi cəhətdən etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyil.
Rusiyanın Ukraynaya işğalı müasir dünya nizamının fundamental normalarının birbaşa və kobud şəkildə pozulmasıdır.
"Tarixi torpaqlar"a istinadlar niyə qanunsuzdur?
…Birincisi, bu, BMT Nizamnaməsini pozur. Maddənin 2(4)-cü bəndi heç bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya təhdidini qəti şəkildə qadağan edir. Heç bir tarixi mif və ya iddia bu normanı etibarsız edə bilməz.
…İkincisi, bu, sərhədlərin toxunulmazlığı prinsipini inkar edir: 1975-ci il Helsinki Sazişləri və beynəlxalq hüquq mövcud, rəsmi olaraq müəyyən edilmiş sərhədlərin tanınmasına əsaslanır. Ukrayna və Rusiya rəsmi olaraq ortaq sərhədlərini 2003-cü ildə Rusiya Federasiyasının ratifikasiya etdiyi və riayət edəcəyinə söz verdiyi Ukrayna-Rusiya Dövlət Sərhədi haqqında Müqavilə ilə müəyyən ediblər.
…Üçüncüsü, bu, ilhaq qadağasına açıq şəkildə məhəl qoymur: beynəlxalq hüquq ərazinin zorla əldə edilməsini qəti şəkildə qadağan edir. Ukrayna bölgələrinin "tarixi hüquq" bəhanəsi ilə işğalı və ilhaq cəhdi BMT Baş Assambleyası tərəfindən təcavüz aktı kimi qiymətləndirilir.
…Dördüncü, bu, müəyyən torpaqların müxtəlif dövlətlərə mənsubiyyət tarixindən müasir qayda və normaları yenidən yazmaq niyyətini gizlətmək üçün istifadə etmək cəhdidir: müasir hüquqi qayda bir əsr əvvəl həmin əraziyə kimin sahib olduğunu deyil, bu gün həmin ərazidə yaşayan xalqın iradəsini prioritetləşdirir.
1991-ci ildə Ukrayna xalqı (Krım və Donbas da daxil olmaqla) qanuni olaraq təşkil olunmuş ümumxalq referendumunda müstəqilliyə səs verdi və bu qərar beynəlxalq ictimaiyyət, eləcə də Rusiyanın özü tərəfindən rəsmi olaraq tanındı.
…Beşincisi, Beynəlxalq Ədalət Məhkəməsi (dünyanın ən yüksək məhkəmə orqanı) 2022-ci ilin mart ayında Rusiyadan hərbi əməliyyatları dərhal dayandırmağı tələb edən bir qərar verdi. BMT Baş Assambleyası çoxsaylı qətnamələrində (xüsusən də ES-11/1 və ES-11/4) Rusiyanın hərəkətlərini açıq şəkildə pisləyərək onları təcavüz adlandırdı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış 1991-ci il sərhədləri daxilində suverenliyini bir daha təsdiqlədi və Rusiyanın arqumentlərini tamamilə əsassız hesab etdi.
Əli Babayev