"Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır". SİA Apa-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.
“Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri etikdir”, - o bildirib.
Qeyd edək ki, mətbuatda Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Mətləb