Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.
SİA-nın məlumatına görə, FHN-dən bildirilib ki, 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.