İsmayıllı rayon sakini su kanalında boğulub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Qubaxəlilli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İsmayıllı rayon sakini 22 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.