Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib

26 İyun 2026 17:17 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, səfirlik bu barədə "X" sosial media hesabında yazıb.

"Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunub.