Bu il iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.
SİA-ya bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,4 bənd az, ilin əvvəlinə nisbətən eyni, ötən ilin iyunun 1-i ilə müqayisədə 1,2 bənd azdır.
Hesabat dövrüdə real effektiv məzənnə 114,5bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,8bənd, ilin əvvəlinə nisbətən 1,3 bənd, ötən il iyunun 1-i ilə müqayisədə isə 3 bənd azdır.