Türkiyə MN: Azərbaycanla hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik

26 İyun 2026 12:41 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

SİA xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

Təbrikdə deyilir:

"Azərbaycanı Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibəti ilə təbrik edirik. Ölkənin sabitliyi və təhlükəsizliyi üçün gecə-gündüz xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik".