İyunun 26-sı saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar Balakən-Şəki zonasında leysan xarakterlidir.
SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 37, Zaqatalada 20, Oğuzda 19, Qaxda 15, Balakəndə 12, Göyçay, Qəbələdə 10, Mingəçevirdə 9, Şamaxıda 8, Ağdamda 7, Şahdağda 6, Qusarda 5, Qubada 4, Zərdabda 3, Qobustanda 2, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər, Zəngilanda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.