Ağsuda dağlıq ərazidə çətənə kolu yetişdirən şəxs saxlanılıb

26 İyun 2026 11:03 (UTC+04:00)

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

SİA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.