Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir.
SİA-nın məlumatına görə, iclasda ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən120 nümayəndə iştirak edir.
Gənclər Şurasının 9-cu iclası "Şəhərlərin dayanıqlı inkişafında gənclərin iştirakı" mövzusuna həsr olunub.
İclas çərçivəsində müxtəlif yönlü müzakirələrlə yanaşı, Tövsiyyələr sənədinin qəbul olunması gözlənilir.