Almanlar ŞOKDA: Ekvador millisi qalib gəldi!- YENİLƏNİB

26 İyun 2026 01:58 (UTC+04:00)

Futbol üzrə DÇ-2026-nın E qrupunun 3-cü turu çərçivəsində Ekvador - Almaniya oyunu başlayıb. Bu qarşılaşmada qələbə qazanmaq Almaniya millisinin qrup liderliyi baxımından mühüm əhəmiyyət daşıyır.

***

Almaniya millisi matçın 2-ci dəqiqəsində önə keçib. Leroy Sane rəqib qapısına dəqiq zərbə endirərək komandasını hesabda irəli çıxarıb.

Hazırda qarşılaşmada hesab Almaniyanın xeyrinə 1:0-dır.

***

Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Ekvador – Almaniya matçında növbəti qol vurulub.

Qarşılaşmanın 9-cu dəqiqəsində Nilson Angulo fərqlənərək hesabı 1:1 edib.

**

Futbol üzrə dünya çempionatının Ekvador - Almaniya oyununda üçüncü qol vurulub. Nyu-York/Nyu-Cersi stadionu keçirilən E qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb.

78-ci dəqiqədə Qonsalo Plata fərqlənib.

***

Ekvador millisi Almaniya seçməsi üzərində 2:1 hesablı qələbəyə seviniblər.

Mətləb