...Donald Tramp və Vladimir Putin arasında ötən il avqustun 15-də Alyaskada keçirilən görüşdə Ukrayna ilə bağlı heç bir razılaşma əldə olunmayıb.
SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib və onun bir hissəsi “Clash Report” tərəfindən dərc edilib.
...Alyaskada Ukrayna ilə bağlı heç bir razılaşma əldə edilməyib. Alyaskada təklif verilib. Bu, heç vaxt razılaşma olmayıb, - deyə Rubio bildirib.
O əlavə edib ki, ABŞ əvvəlki kimi müharibənin həllində konstruktiv rol oynamağa hazırdır. G7 sammitindən sonra ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı ritorikasını kəskin şəkildə dəyişib.
Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, müttəfiqlərlə danışıqlardan sonra Tramp Rusiyanın sülhdə maraqlı olmadığı və onunla Vladimir Putin arasında əvvəlki razılaşmaların əslində "gücünü itirdiyi" qənaətinə gəlib. Bundan əlavə, kütləvi informasiya vasitələrinə məlum olub ki, Tramp şəxsi söhbətində Vladimir Zelenskiyə "cəsarətli davranmağı" məsləhət görüb, çünki güclü təzyiq olmadan Rusiya sülh danışıqlarına razılıq verməyəcək.
Əli Babayev