İyunun 25-də Aşura günü ilə əlaqədar Ağdam şəhərindəki cümə məscidində də aksiyalar keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada Ağdam sakinləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlər, tikinti-quruculuq işlərində çalışanlar iştirak ediblər.
Əvvəlcə donorlar tibbi müayinə olunub, qanda gemoqlabin səviyyəsi və qan təzyiqi ölçülüb. Aksiya zamanı 53 nəfər könüllü olaraq qan verib. Respublika Qan bankının Bərdə bölməsinin əməkdaşları tərəfindən götürülən qan laboratoriya müayinəsindən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.