Pərviz Şahbazov Ağdamda vətəndaşları qəbul edib

25 İyun 2026 15:02 (UTC+04:00)

Bu gün energetika naziri Pərviz Şahbazov Ağdamda vətəndaşları qəbul edib.

SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.