"26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix müasir Azərbaycan Ordusunun formalaşmasının başlanğıcı olmaqla yanaşı, dövlətin müstəqilliyinin və milli təhlükəsizliyinin əsas təminatçısı olan Silahlı Qüvvələrə verilən yüksək dəyərin ifadəsidir".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1)_(1)_(2)_(1).jpg)
Onun sözlərinə görə, son illərdə ordunun peşəkarlığının artırılması, hərbi-texniki imkanlarının gücləndirilməsi və idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar onun regionun ən güclü ordularından birinə çevrilməsində mühüm rol oynayıb:
"Xüsusilə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində əldə olunan nəticələr Azərbaycan Ordusunun hazırlıq səviyyəsini və döyüş qabiliyyətini nümayiş etdirdi. Bununla yanaşı, müasir dövrdə ordunun gücü təkcə silah və texnika ilə deyil, peşəkar kadr hazırlığı, yüksək mənəvi-psixoloji hazırlıq, milli birlik və müasir hərbi strategiyalarla da ölçülür.
Bu baxımdan 26 İyun təkcə peşə bayramı deyil, həm də dövlətin təhlükəsizliyini qoruyan hərbçilərin xidmətinə verilən qiymətin, xalq–ordu birliyinin və Azərbaycanın müdafiə potensialının simvolu kimi böyük əhəmiyyət daşıyır".