Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib

25 İyun 2026 11:55 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qdanskda Ukraynanın bərpası üzrə Konfrans çərçivəsində polşalı həmkarı Radoslav Sikorski ilə danışıqlar aparıb.

Bu barədə SİA Polşa Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Danışıqlar zamanı tərəflər praqmatik Polşa-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, eləcə də iki ölkə arasında saziş layihələri üzərində işi müzakirə ediblər.

Bundan başqa, nazirlər Ukraynaya dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin Cənubi Qafqazdakı vəziyyəti, regionda cərəyan edən prosesləri və baş verənlərin Azərbaycan tərəfindən qiymətləndirilməsini nəzərdən keçiriblər.