DÇ-2026-da pley-offa yüksələn 13 komanda bəlli olub

25 İyun 2026 10:18 (UTC+04:00)

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 13 komanda bəlli olub.

SİA xəbər verir ki, Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və CAR yığmaları qruplarında birinci və ikinci yeri tutaraq 1/16 finala yüksəliblər.

Bundan əlavə, Bosniya və Herseqovina seçməsi ən yaxşı üçüncü yerin sahibi kimi növbətu raundda iştirak edəcək.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.