Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyunu başlayıb. SİA-nın məlumatına görə, B qrupunun III turunun matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir.
***
Futbol üzrə dünya çempionatının Bosniya və Herseqovina - Qətər oyununda ilk hissə yekunlaşıb.
Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında Bosniya və Herseqovina hesabda irəlidədir - 2:1.
***
Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina Qətər millisinə qalib gəlib. Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.
Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.
Mətləb