Moskvada yanacaq kanistri çatışmazlığı yaranıb

24 İyun 2026 17:50 (UTC+04:00)

Moskva avtomobil mağazalarında artan tələbat və təkrar satıcı fəaliyyəti fonunda yanacaq kanistri çatışmazlığı qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,, yanacaq saxlama qabları möhtəkirlər tərəfindən kütləvi şəkildə alınır və əlavə qiymət qoyularaq satılır. Məlumatlara görə, son həftələrdə yanacaq kanistrlərinin qiyməti həcmdən və materialdan asılı olaraq 20-40 faiz artıb.

Qeyd olunur ki, eyni zamanda, ağızlıqlar, şlanqlar, yanacaq ötürmə nasosları və digər avtomobil aksesuarları da daxil olmaqla əlaqəli məhsullara da tələbat artıb. Bəzi mağazalarda müştərilərə əvvəlcədən sifariş vermək və yeni çatdırılmalarını gözləmək təklif olunur.

Avtomobil mağazaları əməkdaşlarının sözlərinə görə, sürücülərə yanacağın keyfiyyətinə diqqət yetirmələri tövsiyə edilir, çünki artan tələbat fonunda aşağı keyfiyyətli benzinin satılması halları barədə məlumatlar yayılır.