Sabah Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçiriləcək.
SİA parlamentə istinadən xəbər verir ki, iclasda "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanun layihələri müzakirə ediləcək.
Sənədləri Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb.
İclasın gündəliyinə həmçinin "Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında" 15 dekabr 2017-ci il tarixli və "Aqrar sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.