DÇ-2026: Pley-offa vəsiqə qazanan komandaların sayı yeddiyə çatıb

24 İyun 2026 09:12 (UTC+04:00)

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.

SİA-nın məlumatına görə, qrup mərhələsində II turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya 1/16 finalda iştirakı rəsmiləşdirib.

DÇ-2026-nın qrup mərhələsində III tur bu gün başlayacaq.

Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.