ABŞ Ordusu Ukrayna üçün müharibə simulyatorları yaradacaq...

24 İyun 2026 08:09 (UTC+04:00)

...ABŞ Ordusu naziri Daniel Driscoll açıqlayıb ki, onun departamenti Ukraynadakı real müharibə şəraitini, o cümlədən elektron müharibəni simulyasiya etmək üçün ABŞ-da ən azı iki sınaq poliqonu yaratmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CBS bildirib. Onun sözlərinə görə, sınaq poliqonlarının yaxın dörd-altı həftə ərzində yaradılması planlaşdırılır.

Nəşr qeyd edir ki, ABŞ Ordusu həmçinin ABŞ xaricində sınaq poliqonu yaratmağı da nəzərdən keçirir.

Bu, hipersəs silahlarla bağlı sınaqlar da daxil olmaqla daha aqressiv sınaqları simulyasiya etmək üçün lazımdır.

Əli Babayev